Kriminal

Bakıda əməliyyat: 1 kq heroini 22 min manata satan dəstə ələ keçdi

20 Oktyabr 2018 15:14
0 Şərh     Baxış: 1 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda külli miqdarda heroin satan şəxs yaxalanıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Binəqədi rayonu ərazisindəki "Göyəzən" restoranında baş verib.

Bakı şəhər sakini Mirzəyev Fərid Misir oğlunun 1 kiloqram heroini satmaq istəməsi barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə məlumat daxil olub.

F.Mirzəyev adıçəkilən restoranda 1 kiloqram 118,2 qram narkotik vasitə hesab edilən heroini 22 min manata şərti alıcı Mustafayev Elçin Mustafa oğluna satmaq üçün sövdələşib. Sonra onun zəngi ilə Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci dairə ərazisində əmisi oğlu Bayrıyev Müslüm Əhmədağa oğlu həmin narkotik maddəni E.Mustafayevə satarkən polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.