Kriminal

Bakıda kütləvi dava zamanı kişi öz əmisini bıçaqlayıb

23 Aprel 2018 08:18
0 Şərh     Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Nardaran qəsəbəsi, Ləhiş bağları kimi tanınan ərazidə yerləşən 1960-ci il təvəllüdlü Ağayev Nəcəfəli Səfərəli oğluna məxsus mənzildə ev sahibi ilə qardaşları arasında dava düşüb.

Dava zamanı N.Ağayev qardaşı oğlu 35 yaşlı Ağayev Səfərəli Ataməli oğlu tərəfindən bıçaqlanıb. Eyni zamanda hadisəni törədən şəxs qohumları tərəfindən döyülüb. Hər iki şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.