Kriminal

"Pəncərəsi açıq olub, girmişəm" - Bir gecədə 3 ev yaran oğru - VİDEO - FOTO

20 Fevral 2018 13:48
2 Şərh     Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonu şəhər Şossesi küçəsində yerləşən Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Hadıyev Sabunçu Rayon Polis İdarəsinə məlumat verərək bildirib ki, evdə olmadığı müddətdə mənzilin pəncərəsi qırılıb və oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlanıb.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, həmin qəsəbədə yaşayan Quba rayon sakini Elmin İsayev tutulub. Onun eyni gündə daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən 2500 manat dəyərində qızıl-zinət əşyaları və 317 manat pul oğurladığı məlum olub.

Elmin İsayev (saxlanılan şəxs): "3 dənə evə girmişəm. Birindən heç nə çıxmayıb, birindən 1 dənə üzük, birindən də 3 dənə üzük və 90 manat pul. Qızılları satmışam, pulu da xərcləmişəm. Pəncərəsi açıq olub, girmişəm".

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Pəncərəsi açıq olub, girmişəm" - Bir gecədə 3 ev yaran oğru

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.