Kriminal

"Üstünə gedib 1-2 şillə vurdum" - Quldurluq edənlər saxlanıldı - VİDEO - FOTO

18 Avqust 2017 16:04
0 Şərh     Baxış: 1 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quldurluq edənlər tutuldular.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, Sumqayıt sakini Cahid Baxşıyev polisə müraciət edərək bildirib ki, 17 avqust 2017-ci il tarixində tanımadığı iki nəfər şəxs ona Hacı Zeynalabdin qəsəbəsində hücum edərək bıçaqla xəsarət yetirib, 874 manat pul və 2 ədəd mobil telefonunu əlindən alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş - Anar Yusifov Mehman Ağaliyev saxlanılıblar. Onların üzərinə baxış zamanı cinayətdə istifadə etdikləri bıçaqlar aşkar olunaraq maddi sübut kimi götürülüb.

Anar Yusifov (saxlanılan şəxs): "Oturub çörək yeyirdik, Mehman da gəldi. O, dayanmışdı yerində, mən üstünə getdim. Bir-iki dənə şillə vurmuşam".

Həyata keçirilən digər əməliyyat nəticəsində şəhər ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən Ceyhun Fyodorov saxlanılıb. Müəyyən edilib ki, Ceyhun bu ilin aprel-iyul ayları ərzində şəhər ərazisində 1 evin qarşısından velosiped və təmir-tikinti alətləri, 1 evdən 605 manat pul və qızıl əşyalar, 1 evin həyətindən geyim əşyaları, şəhər sakini olan bir nəfərin 10 000 ABŞ dolları, 700 manat və 40 avro pulunu, 1 qarajdan qaynaq aparatı, habelə binalardan birinin girişindəki liftin əyləc dodağını və mərasim zallarından birindən samovar oğurlayıb. 

Ceyhun Fyodorov (Saxlanılan şəxs): "Sumqayıtda somavar, velosiped, qaynaq aparatı və s oğurlamışam. Dəyər-dəyməz qiymətinə satmışam".

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.