Kriminal

"Kamera var, bıçağı ürəyindən sancdı" - Bakıda dəhşətli qətl - YENİLƏNİB - VİDEO - FOTO

18 İyul 2017 10:54
12 Şərh     Baxış: 16 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:54

Paytaxtın Suraxanı rayonunda qanlı hadisə baş verib. 

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Bülbülə qəsəbəsində yaşayan 30 yaşlı Vasif Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir nəfər onu küçəyə çağırıb. Naməlum şəxs mübahisə zamanı Vasif Əhmədova ürək nahiyəsindən bıçaq zərbəsi endirərək hadisə yerindən uzaqlaşıb.

Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun dayısı Rizvan Əflatunovun sözlərinə görə, qətli törədən şəxsin görüntüləri yaxınlıqdakı kameralara da düşüb.

Rizvan Əflatunov (dayısı): "Burada 2 dənə zavodun kamerası var. Hadisə düz kameranın altında baş verib. Vasif dünən toydan gec gəlib yatmışdı. Qapını döyüb Vasifi çağırıb. Çıxan kimi ürəyindən bıçağı sancıb. Anası hay-həşir saldı, xəstəxanaya apardılar. Ora çatan kimi keçindi".

Mərhumun atası Şirməmməd Əhmədov bildirib ki, oğlunun bu günədək heç kimlə ədavəti olmayıb. 

Suraxanı Rayon Prokrorluğunda hadisəylə bağlı cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

--------------

17.07.2017

20:17

Paytaxtda dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az bildirir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan 30 yaşlı Vasif Əhmədov evinin qapısında bıçaqlanıb.Vasif Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir nəfər qapını döyərək onu küçəyə çağırıb. Həmin şəxs küçəyə çıxan Vasif Əhmədova ürək nahiyəsindən bıçaqla zərbə endirib.

30 yaşlı gənc yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qətli törədən şəxsin görüntüləri yaxınlıqda olan zavodun kamerasına düşüb.

Mərhumun atasının dediyinə görə, qətli törədən şəxsi tanımırlar.

Qətlin təfərrüatlarını Suraxanı rayon prokurorluğu araşdırır.

Bakının Nizami rayonunda da iki bıçaqlanma hadisəsi baş verib. Hadisələrin birində Elməddin Fərəcov tanımadığı şəxslərin bıçaqlı hücumuna məruz qalıb. Müxtəlif nahiyələrindən xəsarət alan 35 yaşlı kişini 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar. Cərrahi əməliyyatdan sonra onun vəziyyətinin orta ağır olduğu deyilir.

Metronun "Qara Qarayev" stansiyasının yaxınlığında baş vermiş digər qanlı hadisə zamanı 26 yaşlı Elşən Səmədzadəyə bıçaqla xəsarət yetirilib. Onun da tanımadığı şəxslə mübahisə zamanı bıçaqlandığı bildirilir. Hər 3 faktı ilə bağlı araşdırma aparılır. /xezerxeber.az

---------

08:28

Bakıda qətl törədilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qanlı hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Məlumata görə, Bülbülə qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Əhmədov Vasif Şirməmməd oğlu bıçaqlanıb. V.Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir neçə nəfər onu küçəyə çağırıb. Yaşadığı evin yaxınlığında həmin şəxslərlə mübahisə zamanı onlardan biri V.Əhmədova bıçaqla xəsarətlər yetirib. 30 yaşlı gənc yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Qətlin təfərrüatlarını Suraxanı rayon prokurorluğu araşdırır. Faktla əlaqədar əməliyyat-axtarış işlərinə başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
30 yaşlı kişi evinin qarşısında öldürüldü

Bakıda dəhşətli qətl törədilib

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.