Kriminal

Nəqliyyat müfəttişləri sürücünü belə döydülər - FOTO

27 Fevral 2015 11:13
0 Şərh     Baxış: 2 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Nəqliyyat Nazirliyinin müfəttişləri sürücünü döyüblər

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 26-da axşam saatlarında "Koroğlu" metro stansiyasının yaxınlığında qeydə alınıb.

Şuşa rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Şaiq Fərman oğlu Salahzadə polisə ərizə ilə müraciət edərək bildirib ki, 26 fevral 2015-ci il tarixdə saat təxminən 19 radələrində Heydər Əliyev prospekti 109 ünvanının qarşısında Nəqliyyat Departamentinin 3 əməkdaşı tərəfindən xuliqanlıq zəminində döyülüb. Şikayətçinin ərizəsi əsasında polis tərəfindən araşdırmalara başlanıb.

Döyülən sürücü şikayətində taksi fəaliyyəti ilə məşğul olmadığını bildirib: "Mən qonaq qarşılamaq üçün metronun qarşısında gözləyirdim. Tanımadığım 3 nəfər maşına əyləşərək sifariş verdi. Onlara taksi fəaliyyəti ilə məşğul olmadığımı dedim. Lakin onlar inanmadılar və məni döydülər".

APA döyülən sürücünün fotolarını da əldə edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.