Kriminal

Əsgərliyə gedəsiydi, zindana düşdü

27 Dekabr 2014 09:07
1 Şərh     Baxış: 1 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə ötən axşam rayonun Uzuntəpə kəndindəki "Stansiya" adlanan ərazidə qeydə alınıb.

Kənd sakini,18 yaşlı Fərhad Abbasov şəxsi münaqişə zəminində həmkəndlisi və qonşusu olan 22 yaşlı Seymur Əliyevə üzərində gəzdirdiyi bıçaqla ağır bədən xəsarətləri yetirib. Yaralı təcili yardım maşını ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Fərhad Abbasov saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Qeyd edək ki, qətlə yetirilən Seymur Əliyev ailəli olub, bir övlad atası idi. Onun qatili Fərhad Abbasov isə 2015-ci ilin yanvarında hərbi xidmətə gedəcəkdi. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.