Kriminal

Bakıda 17 min manatlıq plitələr oğurlanıb

13 Oktyabr 2014 20:50
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda xeyli tikinti materialı oğurlanıb. Lent.az-ın məlumatına görə, Binəqədi rayon sakini Həsənov Ramil Vəfa oğlu 8-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, Bayıl qəsəbəsi Əhəd Yaqubov küçəsi 29 ünvanındakı torpaq sahəsinə 42 ədəd iri beton plitə qoyub. Lakin ev tikdirməyə hazırlaşan həmin şəxs bir müddət sonra əraziyə gəldikdə plitələrin oğurlandığını görüb.
 
Şikayətçi bildirib ki, plitələrin hər birinin qiyməti 400 manat olub və ona ümumilikdə 16800 manat ziyan dəyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.