Kriminal

Bakıda iki qonşunun qanını axıdan şəxs gizlənir

25 Sentyabr 2014 11:32
0 Şərh     Baxış: 1 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda yerləşən çay evində iki nəfərin qanı axıdılıb. Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən çay evində 28 yaşlı Ülvi Musayev və onun həmyaşıdı Zaur Heydərov bıçaqlanıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb, onları bıçaqlayan şəxs isə qaçıb.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin rəisi İman Mehdiyev Milli.Az-a açıqlamasında bildirdi ki, bıçaqlanan hər iki şəxs qonşudur. Onların konkret harada, hansı şəraitdə, kim tərəfindən bıçaqlanması məlum deyil. Hazırda cinayətkarın tapılması istiqamətində iş aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.