Kriminal

İki aylıq körpəsi oğurlanan ailə yüksək məbləğdə pul vəd edir - FOTO

18 Avqust 2014 17:58
8 Şərh     Baxış: 7 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Körpəni oğurlayan qadın haqqında məlumatı olan və bu barədə polisə məlumat verən şəxslərə pul mükafatı vəd olunur

Azərbaycanda iki aylıq körpəsi oğurlanan ailə ictimaiyyətə müraciət edib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən xəbərə görə, uşağın valideynləri körpəni oğurlayan qadın haqqında məlumatı olan və bu barədə polisə məlumat verən şəxslərə yüksək məbləğdə pul mükafatı vəd ediblər.

Uşağı və ya qadını görənlərdən Sumqayıt şəhər Polis İdarəsinin (018) 654-02-02 və ya (070) 510-22-50 nömrələrinə məlumat vermələri xahiş olunur.

Məlumat verən şəxsin anonimliyi qorunacaq.

Polisdən, həmçinin oğurlanan körpənin fotosunu da APA-ya təqdim ediblər.

Qeyd edək ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.