Kriminal

Azərbaycanda məmuru gəlininə görə bıçaqladılar - YENİLƏNİB

18 Avqust 2014 14:41
0 Şərh     Baxış: 3 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
14:41

Bu gün səhər saatlarında Tərtərin Dörd yol adlanan ərazisində bıçaqlanma hadisəsi baş verib.

Anspress-in verdiyi məlumata görə, əslən Ağdamın işğal altındakı Güllücə kəndindən olan 1961-ci il təvəllüdlü Füzuli Əliyev öz oğlunun qaynı tərəfindən bıçaqlanıb.

Yerli sakinlərdən anspress-ə verilən məlumata görə, hadisəyə Füzuli Əliyevin oğlu Rəşad Əliyevin həyat yoldaşını boşadığı üçün qaynının ondan intiqam almaq istəməsi səbəb olub.

Hadisə ərazidəki mağazalardan birində baş vedib. Hadisəni törədən Rəşad adlı şəxs daha sonra polisə gedərək təslim olub.

Qeyd edək ki, Füzuli Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşıdır.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

----------
14:17

Ağdamda məcburi köçkünlər üçün salınmış Dördyol qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Ağdam rayon sakini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşı Əliyev Füzuli Veyis oğlu 6 bıçaq yarası ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahi müdaxilə ilə onun həyatını xilas etmək mümkün olub.
 
F. Əliyevin keçmiş qudaları ilə aralarında yaranmış münaqişə nəticəsində bıçaqlandığı bildirilir.
 
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.