Kriminal

Bakıda ana ilə qızın intiharına görə atanın həbs olunduğu məsələsinə aydınlıq gətirildi

18 Avqust 2014 11:10
0 Şərh     Baxış: 2 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir neçə gün əvvəl Bakıda bir ailənin iki üzvünün intiharına görə ailə başçısı həbs edilməsinə dair yayılan xəbərlər rəsmi təsdiqini tapmadı.

Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova Trend-ə bildirib ki, intihar faktına görə Asəf Fərzəliyevin tutulmasına dair bəzi KİV-lərdə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, intihar faktı üzrə Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü ölüm həddinə çatdırma) cinayət işi açılıb. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Yeni Yasamal 2, ev 10 ünvanında 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil. Polisdən bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.