Kriminal

Qayınatasını və qayınanasını azyaşlı qızının gözü qarşısında qətlə yetirən şəxsə hökm oxundu

17 İyul 2014 16:35
1 Şərh     Baxış: 1 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatası və qayınanasını qətlə yetirən Bayram Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə B.Həsənov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, B.Həsənov hadisədən əvvəl qohumlarının kirayədə yaşadığı evə gəlib. Burada onların arasında mübahisə baş verib. Mübahisə zamanı Bayram özü ilə gətirdiyi ov tüfəngi ilə atəş açaraq qayınanası və qayınatasını qətlə yetirib, həyat yoldaşını isə öldürməyə cəhd edib. Hadisə zamanı onların 5 yaşlı qızı da orada olub.

B.Həsənov hadisəni törətdikdən sonra qaçıb. Lakin polis əməkdaşları onu saxlayıblar.

Qeyd edək ki, hadisə torpaq üstündə baş verib. Belə ki, B. Həsənovun qayınatası ona pul verərək torpaq almasını istəyib. B.Həsənov torpağı aldıqdan sonra onu öz həyat yoldaşının adına rəsmiləşdirmək istəyib. Bu isə onlar arasında mübahisəyə səbəb olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.