Kriminal

İdrak Liseyinin binası Ruslan Eyyubovun imiş

6 Fevral 2026 12:49
Baxış: 1 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saatlarında Bakı İdrak Liseyində şagird müəllimi güllələyib.

Milli.Az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə baş vermiş Liseyin yerləşdiyi binanın sahibi Ruslan Eyyubovdur.

Xatırladaq ki, Ruslan Eyyubov ötən ilin sonunda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs olunub. Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.

Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan "NB Qrup" şirkətinin rəhbəridir.

Qeyd edək ki, İdrak Liseyində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.