Goranboyda həkimin başına oyun açdılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Goranboy rayonu, Dəliməmmədli kəndində üç qohum sözün əsl mənasında həkimin başına oyun açıb. Onlar qurduqları hiyləgər planla həkimin 20 min manata yaxın pulunu ələ keçiriblər.
Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, kənd sakinləri Eldəniz, İmdad və Ələddin bu cinayəti törədən şəxslərdir. Onların əməlindən ziyan çəkən isə Goranboy rayonu, Dəliməmmədli kəndində Ailə Sağlamlıq Mərkəzində işləyən Natiq adlı həkim olub.
Əvvəlcə qeyd edək ki, adıçəkilən üç nəfərin hər biri daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıblar.
Bu planı quran Eldəniz olub. Eldəniz qohumları olan İmdad və Ələddinə deyib ki, Natiq həkimin yanına gedib xəstələndiyini deyərək müalicə yazmasını istəyəcək. Eldəniz həmin vaxt bacısıgildə olub və həqiqətən də soyuqdəyməsi var imiş. Natiq həkimin yanına gedərək müayinə olunub, həkim ona bir neçə dərman məsləhət görüb. Bundan sonra Natiq həkimin "qara günləri" başlayıb...
Natiq həkim başına gələnləri belə danışıb:
"Eldənizi müayinə etdim. Ev şəraitində müalicə almağı məsləhət gördüm. Təxminən bir saat sonra xəstənin bacanağı Kamal adlı (Ələddin özünü Kamal kimi təqdim edib - red.) şəxs zəng etdi. Dedi ki, dərman qəbulundan sonra xəstə şoka düşüb. Xəstəxanaya apardıqlarını bildirdi. Narahat olub vaxtaşırı mənə məlumat verməsini istədim. Yalandan xəstənin qazi olduğunu da dedi. Bildirdi ki, xəstənin həyat yoldaşı onun Bakıya - Silahlı Qüvvələrin Baş Klinik Hospitalına aparılmasını tələb edir. Mən də dedim ki, xəstə bu vəziyyətdə uzaq yola çıxmamalıdır. Kamal dedi ki, həyat yoldaşı belə istəyir və təcili yardım maşını ilə danışılıb".
Bura qədər Natiq həkimdən xəstəxana, dərman və təcili yardım maşınına ödəniş adı ilə 1050 manat alıblar.
İş bununla bitməyib. Natiq həkim deyir:
"Bir neçə gün sonra Kamal yenə zəng edib dedi ki, Eldənizin səhhəti birdən-birə pisləşib və ölüb. Eldənizin ailəsinin imkansız olduğunu, cənazənin ailəyə çatdırılması üçün kömək istədi. 200 manat verdim. Sonra bir qadın zəng edib Eldənizin arvadı olduğunu dedi. Qayınanası ilə yola getmədiyini, iki uşaqla küçədə qaldığını dedi. Yas mərasimi üçün 500 manat istədi, yenə verdim.
1 həftədən sonra bir şəxs zəng edib özünü polis kimi təqdim etdi. Məndən şikayət olduğunu, polisə gəlməli olduğumu dedi. Mən də gəlməyəcəyimi dedim. Gəlməsəm, qolubağlı gətizdirəcəyini dedi. Ona qədər də Eldənizin ailəsindən özünü onun anası, arvadı, qaynı kimi təqdim edən şəxslər yas xərcləri üçün pul istəyirdilər. Özünü polis kimi təqdim edən şəxs dedi ki, şikayətçiləri razı salmalıyam. Yas xərcləri və məzar daşı üçün 6 min pul verdim. Özünü polis kimi təqdim edən şəxs zəng edib dedi ki, şikayətçiləri razı salıb. Bunun üçün o da məndən 2 min tələb etdi. Onu da verdim".
Bütün yalanlara inanan Natiq həkim yenə də canını qurtara bilməyib. Bu işin üstü açılmasın deyə heç kimə bir söz də deməyib.
Bu dəfə də başqa bəhanə ilə Natiq həkimdən pul alıblar:
"Özünü ölənin qaynı Sərxan (bu dəfə İmdad zəng edib - red.) kimi təqdim edən şəxs zəng etdi. Ölənin ailəsinə baxdığını, xərclərinin çıxdığını dedi. Uşaqları Rusiyaya aparacağı üçün bilet pulu istədi. 840 manat verdim. Başqa-başqa yalanlara da inanıb pul vermişəm".
İstintaq zamanı məlum olub ki, Natiq həkim üç kəndlisinin toruna düşərək onlara ümumilikdə 20 min manata yaxın pul verib.
İşin üstü isə Natiq həkimin tanışlarından birinə vəziyyəti danışması ilə açılıb. Məlum olub ki, Eldəniz adlı şəxs ölməyib.
Təqsirləndirilən şəxsləri bağışlamadığını deyən Natiq həkim pulunu tələb etdiyini və onlara ağır cəza verilməsini istəyib.
Həbs edilən üç şəxs özünü təqsirli bilib və Natiq həkimin danışdığı kimi baş verənləri izah ediblər.
Məhkəmə hər üç şəxsi təqsirli bilib. Eldəniz 2 il 6 ay, İmdad 2 il 9 ay, Ələddin isə 3 il azadlıqdan məhrum ediliblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Atasının evinə getdi, canından oldu - (Video)
-
Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
-
Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır
-
Naxçıvanda bir evdə 2 dəhşətli olay: Türkiyədən gələn qardaş bacısına 19 bıçaq zərbəsi endirdi
XƏBƏR LENTİ
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək
-
Sahibə Qafarova Laos Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib - (Foto)
-
Bakıda Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə qəbul keçirilib - (Foto)





