Kriminal

Sahakyan: Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrin ən böyük silahlı birləşməsi idi

14 Mart 2025 15:36
Baxış: 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bildirib ki, qondarma rejimin "ordusu" Ermənistan Silahlı Qüvvələrinə tabe olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, qondarma rejimin "ordusu"nun Ermənistan Silahlı Qüvvələrin ən böyük silahlı birləşməsi olduğunu deyib.

B.Sahakyan qeyd edib ki, qondarma rejimin "müdafiə naziri", "Silahlı Qüvvələrin baş qərargah rəisi" və bu kimi digər yüksək vəzifələrə təyinat Ermənistan Müdafiə Nazirliyinin təqdimatı əsasında həmin ölkənin prezidenti tərəfindən həyata keçirilib. O, bu işlərə qarışmadığını deyib və bildirib: "Biz bunu gizlətmirdik".

Təqsirləndiirlən şəxs etiraf edib ki, qondarma rejimin "hərbi qurum"ları ilə bağlı bütün bölgü və idarəetmə məsələləri Ermənistan Respublikası tərəfindən aparılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.