Kriminal

Kiberdələduzlar yeni yola əl atdılar - görüntülü yığıb... - VİDEO

26 Fevral 2025 00:23
Baxış: 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvlcə vətəndaşlara adi nömrə ilə zəng edirlər... Sonra video görüntünün açılmasının vacib olduğunu bildirilər, ardınca da şəxsin üz görüntüsünü əldə edərək, dələduzluq edirlər...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, İnformasiya Texnologiyaları üzrə müxtəxəssis Elvin Abbasov deyir ki, bu üsulla süni intellektdən istifadə edərək şəxsin adından videolar düzəltmək mümkündür və dələduzlar da bunu icra edirlər.

Elvin Abbasov deyir ki, görüntü vasitəsilə şəxslərin adına banklardan kredit götürmək və ya bank kartlarından dələduzluq etmək isə mümkün deyil..

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşlara naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı diqqətli olmağı, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, tanımadıqları və ya etibar etmədikləri şəxslərlə görüntülü kommunikasiyadan çəkinmək tövsiyə edilir.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.