92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
33 il əvvəl Bakıda mağazadan bir ədəd şalvar və bir dəst kostyum oğurlayıb ölkədən qaçan şəxsin cinayət işinə indi xitam verilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi vəziyyətin dəyişməsi ilə bağlı belə qərar çıxarıb.
Sözügedən oğurluq cinayəti 1992-ci ilin martında baş verib.
Təqsirləndirilən Samir Kərimov (şərti ad-soyadlı) indiki Azadlıq prospektində yerləşən "Saburovo" yaradıcılıq istehsalat birliyinin mağazasını yararaq 251 rubl 37 qəpiklik bir ədəd kişi şalvarı və dəyəri 175 rubl 56 qəpik olan bir dəst qadın kostyumunu oğurlayaraq, ticarət obyektinə ümumilikdə 426 rubl 93 qəpik məbləğində maddi ziyan vurub.
Həmin vaxt məhkəmə gedişində azadlıqda olan Samir ölkədən qaçmağı bacarıb. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib.
20 il sonra Binəqədi Rayon Polis İdarəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevaya məktub göndərib ki, uzun müddətdir, icraatınızda olan iş üzrə təqsirləndirilən şəxsin Rusiyada olması müəyyən edilib. Amma müddət keçdiyi üçün axtarış qərarı ləğv edilib. Eyni RPİ-dən il yarım əvvəl məhkəməyə daxil olan məktubda da həmin şəxsin hələ də tutulmadığı bildirilib.
Ramella Allahverdiyeva təqaüdə çıxdığı üçün yekun iclası hakim Azad Məcidov keçirib.
İittihamdan görünür ki, cinayət nəticəsində dəymiş ziyanın məbləği 426 rubl 93 qəpik təşkil edir. Həmin məbləğ də indiki məzənnə ilə cəmi 42 manat edir.
Prokuror cinayətin üstündən 30 ildən çox vaxt keçdiyini, dəymiş ziyanın məbləğinin indiki pulla cüzi məbləğ təşkil etdiyini nəzərə alaraq ittihamdan bəraətverici əsasla imtina etdiyini bəyan edib.
Belə olan halda məhkəmə işi bitirib. Prokurorun ittihamdan imtina etməsi səbəbindən cinayət işinə xitam verilib. S.Kərimov barəsində 33 il əvvəl seçilmiş qiyabi həbs qərarı ləğv edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır





