Kriminal

"Vaqa" ilə bağlı qərar verildi

13 Yanvar 2025 16:23
Baxış: 1 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"TikTok" əməliyyatında həbs edilən "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadə ev dustaqlığına buraxılmayıb. 

Milli.Az bildirir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb.

Tiktokerin vəkili Arzu Cavadov Yusif Nərimanov rayon məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs-qətimkan tədbirindən narazı olduğunu bildirib. 

Vəkil vəsatətində göstərib ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşaq var, anası ağır onkoloji xəstəlikdən əziyyət çəkir. 

Daha sonra məhkəmə yekun qərarı elan edib.

Qərara əsasən, "Vaqa" ləqəbli tiktokerin şikayəti təmin edilməyib və Nərimanov rayon məhkəməsinin onun barəsində çıxardığı qərarı qüvvədə saxlayıb. 

Xatırladaq ki, "Vaqa" ləqəbli Tiktoker Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif  cinayətətlərdə təqsirləndirilirlər. / Lent.az

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.