Vardanyan bu tarixdə hakim qarşısına çıxacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hərbi cinayətkar Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin tarixi məlum olub.
Milli.Az xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin olunub.
Qeyd edək ki, iş Bakı Hərbi Məhkəməsində hakim, məhkəmənin sədri Zeynal Ağayevin icraatına verilib.
Xatırladaq ki, dekabrın 28-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidməti birgə məlumat yayıb.
Məlumatda qeyd edilib ki, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.
Belə ki, Rusiya vətəndaşı olmuş, hazırda Ermənistan vətəndaşı olan, Rusiyada "Troyka Dialoq" şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında "KAMAZ" ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə "Volqa-Dnepr" şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.
Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycanın Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.
İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.
İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.
Cinayət işi üzrə ittiham aktı Azərbaycanın Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: Məhkəmə başladı
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
XƏBƏR LENTİ
-
Azərbaycanda bu şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
-
Xəstəxanaya yerləşdirilən Kompani ilə bağlı xəbər var
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Yenilənib/Foto)
-
Şəmkirdə maşın dərəyə aşdı
-
ABŞ-yə qaçan Bolsonaro özünü ölkənin lideri elan etdi
-
Azərbaycan nefti kəskin bahalaşdı
-
“Tramp boğazı” - ABŞ Prezidenti bu dəfə nəyi dəyişmək istəyir?
-
Si Cinpinin növbəti hədəfi kimdir? - Çində hakimiyyət böhranı
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
“Liverpul” “Çelsi”dən üstün oldu
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib (Foto)
-
Peyvənddən sonra niyə qızdırmamız qalxır? - Araşdırma
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)





