Kriminal

Keçmiş məktəb direktoru haqda son qərar

15 Aprel 2024 15:16
Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraət verilməsini və ya işin yenidən araşdırılmasını xahiş edib.

Rəşad Abdulovun sədrlik etdiyi yüksək instansiya məhkəməsinin hakimləri belə qənaətə gəliblər ki, məhkum şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlarla təsdiqini tapıb. Bu əsasla Ə.Əliyev haqda ömürlük azadlıqdan məhrumetmə qərarı qüvvədə saxlanılıb.

Bununla da ana və iki azyaşlının ölümünə səbəb olan məhkum ömürlük Qobustandakı qapalı həbsxanada qalacaq.

Qeyd edək ki, hadisə 2022-ci ildə Bakının Nizami rayonunda baş verib. 39 yaşlı Gülnar Qaraxanova və iki azyaşlı övladı kirayə yaşadıqları evdə kəsici-deşici alətlə xüsusi amansızlıqla öldürülüblər.  

Məhkum Ə.Əliyev əvvəllər müəllim işləyib, 2007-2014-cü illərdə isə Saatlı rayonu, Novruzlu kənd məktəbinin direktoru olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.