Kriminal

Şadlıq evində 4 nəfəri bıçaqlayanlar tutuldu

11 Dekabr 2023 09:37
Baxış: 2 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 9-da Gəncədə toyda 4 nəfəri bıçaqlayan şəxslər tutulub.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Milli.Az-a bildirib ki, hadisəni törədənlərin şəxsiyyəti müəyyənləşdirilib. Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Taleh Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə Gəncənin Mahrasa bağı adlan ərazisində yerləşən şadlıq sarayında qeydə alınıb. 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov, Əli Musayev və Pərviz Eyvazov adlı şəxslər toyda bıçaqlanıblar və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.