Kriminal

Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanıldı

28 Sentyabr 2023 17:15
Baxış: 1 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tik-Tok" və "İnstagram" sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları növbəti əməliyyat keçirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tədbir zamanı "n.n_telekom" adlı səhifə yaradaraq "ucuz qiymətə mobil telefonlar" başlığı adı altında sosial şəbəkələrdə yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşları aldadan 2000-ci il təvəllüdlü Telman Heydərov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxs vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirib. Sonradan T.Heydərov izi itirmək məqsədi ilə "ucuz qiymətə mobil telefon" almaq üçün ona pul köçürən şəxslərin hesablarını bloklayıb. Həmin şəxs sonradan vəsaitləri şəxsi hesablarına köçürərək nağdlaşdırıb.

Hazırda T.Heydərov barəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.