Kriminal

Bakıda qeyri-qanuni valyuta dəyişən şəxslər var - VİDEO

8 İyun 2023 16:01
Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda hələ də qeyri-qanuni olaraq valyuta dəyişən şəxslər var.

Məsələn, metronun 28 may stansiyasının çıxışında fərdi şəxslər valyutadəyişmə işi ilə məşğul olurlar.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, həmin şəxslər 100 dolları 169 manata alırlar. Əgər məbləğ çox olarsa, bu zaman bir az yüksək qiymət təklif edilir.

Qeyd edək ki, hüquq-mühafizə orqanları mütəmadi olaraq belə şəxslərə qarşı mübarizə aparsalar da, hələlik ''qara bazar''ın qarşısı tam alınmayıb.

İqtisadçı - ekspert Rəşad Həsənov deyir ki, faktiki olaraq insanların valyutaya əlçatanlığı aşağı səviyyədədir. Hazırda leqal olaraq valyuta konvertasiyasını banklar və ''Azərpoçt''un şöbələri həyata keçirir.

Onun sözlərinə görə, bankların bu xidməti göstərən filial və şöbələri tələbatı ödəyəcək sayda deyil. Bundan başqa, vətəndaşlar üçün dollar ekvalentində valyuta almaq limiti tətbiq edilir. Yəni bir nəfər il ərzində maksimum 20 min manat dəyərində dollar ala bilər.

Ekspert deyir ki, 2018-ci ildən sonra valyutadəyişmə məntəqələrinin fəaliyyətinin təşkili ilə bağlı hazırlanan normalar da bu istiqamətdə sahibkarlıq fəaliyyətini təşviq etmir.

İnzibati Xətalar Məcəlləsində lisenziyasız valyutadəyişmə fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı sərt sanksiyalar nəzərdə tutulur.

Ekspert vurğulayıb ki, ''qara bazar''ın aradan qaldırılması üçün vətəndaşların valyutalara əlçatanlığı təmin edilməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.