Kriminal

Siqaret çəkənlərin nəzərinə - 50 manat cərimə yazılacaq

13 Mart 2023 16:39
Baxış: 4 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda küçədə siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daşıyırlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, polis əməkdaşları bu prosesə nəzarəti gücləndirib.

Küçədə siqaret çəkib kötüyünü zibil qabından kənar yerə atan şəxs barəsində 50 manat cərimə tətbiq edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin Trend-ə verdiyi məlumata görə, bu məsələ qanunvericilikdə nəzərdə tutulub.

"Azərbaycanda "Tütün və ya tütün məmulatı haqqında" Qanuna əsasən, küçəyə siqaret kötüyü atmaq inzibati məsuliyyət yaradır. Küçəyə siqaret kötüyü atan şəxs buna görə 50 manat cərimə edilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsində də öz əksini tapıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.