Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, olay Binə qəsəbəsində qeydə alınıb. Sovxoz adlanan ərazidə 1972-ci il təvəllüdlü İbadov Valeh Nuri oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb. Yaralı qarnın ön səthinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Milli.Az