Bakıda taksi sürücüsü dilənçi qadından heyf çıxmaq üçün görün nə etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Xəzər rayonunda 1975-ci il təvəllüdlü Nadir rus milliyyətindən olan Natalyaya qarşı soyğunçuluq edib.
Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, hadisə 22 iyul 2021-ci ildə Xəzər rayonu Şağan qəsəbəsindəki avtobus duracağında baş verib. Nadir orada Natalyanın oturacağın üzərinə qoyduğu, qəpik və xırda pul əskinaslarından ibarət 50 manat məbləğində pul olan sellofan torbanı götürüb.
İstintaq orqanı tərəfindən Nadirin barəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. İş hakim Tərlan Əkbərovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nadir bildirib ki, etibarnamə ilə idarə etdiyi "Hunday-Accent" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur:
"İyulun 22-də saat 16 radələrində Şağan qəsəbəsində yol kənarında dayanaraq taksi fəaliyyəti ilə məşğul olurdum. Daim orada dilənçilik edən, sonradan adının Natalya olduğunu bildiyim yaşlı qadını gördüm. Süpürgəçi qadınlar onunla pis rəftar edərək ayaqqabılarını yolun ortasına atdılar. Onlara irad bildirdim, ayaqqabıları götürüb qadının özünə qaytardım".
Təqsirləndirilən şəxsin sözlərinə görə, bir qədər sonra Natalyanın xırda pullarını saydığını görüb, zarafatla ona rus dilində "ver, sayım" deyib: "Natalya məni təhqir edərək söyüş söydü. Bu da mənim acığıma gəldi. O, pul yığdığı sellofan torbanı əlindən yerə qoydu, köşk tərəfə getdi. Heyfimi çıxmaq üçün pul olan sellofanı gizlicə götürdüm, avtomobilimə əyləşərək oradan uzaqlaşdım.
Sellofanı Şağan qəsəbəsindən təxminən 300 metr məsafədə yol kənarındakı zibil qabına atdım və evimə getdim. Natalya məni söydüyünə görə ondan acıq çıxmaq və onu cəzalandırmaq üçün pulları götürdüm. Taksi sürüb, pul qazandığım üçün Natalyanın pullarına ehtiyacım olmayıb".
Nadir qeyd edib ki, axşam yaşadığı evdə olarkən Xəzər rayon Polis İdarəsi 1-ci polis şöbəsinin əməkdaşları gəlib, onu şöbəyə aparıblar: "Orada mənə məlum oldu ki, Natalya barəmdə şər-böhtan dolu ərizə yazıb və ya o formada ona ərizə yazdırılıb. Pul əldə etmək məqsədi ilə Natalyanın sellofan torbasını dartaraq soyğunçuluq etməmişəm, ona qarşı heç bir zor tətbiq etməmişəm. Həmin pulların çoxu qəpik, bir neçəsi manatlıqlardır.Torbanı götürdüyüm kimi də içinə dəqiq baxmadan zibilliyə atmışam".
Nadir bildirib ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxslə barışıb, ona dəymiş maddi ziyanı tamamilə ödəyib. O, əməlindən peşmançılıq çəkdiyini, himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Natalyanın sözlərinə görə, heç bir yerdə işləmir, tək qadın olduğu üçün dolanışığını dilənməklə, bəzən isə salfetka satmaqla təmin edir:
"İyulun 22-də saat təxminən 16.00-da Şağan qəsəbəsində yerləşən dayanacaqda əyləşdim və əlimdə olan sellofan torbanı dayanacaqda oturduğum yerdə yanıma qoydum. Köşkə tərəf getdikdə bir nəfər şəxs - sonradan adını bildiyim Nadir dayanacağa tərəf gəldi. Orada oturacağın üzərinə qoyduğum, içində pullar olan sellofan torbanı götürərək qaçmağa başladı. Onun arxası ilə qışqıraraq çağırsam da, mənə məhəl qoymadı. Avtomobilinə əyləşərək oradan uzaqlaşdı.
Hadisəni ətrafda dayanacaqda olan tanımadığım adamlar da gördülər. Torbamda təxminən 50 manat məbləğində xırda və qəpik pul olub. Mobil telefonum olmadığından bir qadından xahiş etdim və o, öz mobil telefonu ilə Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək hadisə barədə adımdan məlumat verdi.
Bir qədər sonra hadisə yerinə gələn polis əməkdaşına ərizəmi və izahatımı verdim".
Nadirin barəsində 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhərProbasiya İdarəsinə həvalə edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi





