Ölkə

Hacıqurbanoba kəndinin məktəb problemi - VİDEO

25 Noyabr 2021 15:38
0 Şərh     Baxış: 423

Təhsil şöbəsindən kənddə yeni məktəb binasının tikiləcəyi bildirildi

Söhbət şəhid Elşad Qayımov adına Xaçmaz rayonunun Hacıqurbanoba kənd ibtidai mətəbindən gedir. Kənd sakinlərinin sözlərinə görə, ötən əsrin 60-cı illərində tikilən məktəb binası indiyədək heç vaxt əsaslı təmir olunmayıb. İstismar dövrünü başa vuran binanın tavanı xüsusilə təhlükə saçır.

Məktəb binasının qəzalı olması səbəbindən bir çox valideyn məcbur qalaraq övladlarını başqa təhsil müəssisəsinə göndərir. Bu səbəbdən də hazırda Hacıqurbanoba kənd ibtidai mətəbində cəmi 21 şagird təhsil alır. Halbuki kənddə yüzə yaxın məktəbli var.

Binanın məktəb olduğunu bildirən lövhənin belə rast gəlinmədiyi qəzalı təhsil ocağının nə zaman əsaslı təmir olunacağını tədris müəssisənin direktorundan soruşmaq istədik. Lakin məktəbin direktoru Cəmilə Bəşirova açıqlama vermək əvəzinə üzümüzə qapıları bağlamağa üstünlük verdi.

Direktor Cəmilə Bəşirovadan fərqli olaraq Xaçmaz rayon Təhsil şöbəsindən məsələyə aydınlıq gətirildi. 

İmran Müseyibov bildirdi ki, yeni məktəb binasının tikintisinə qədər təhsil ocağının dam örtüyü yenilənəcək. Nə deyirik əsas odur sakinlərə verilən vədlər quru söz olaraq qalmasın, əməldə də təsdiqini tapmış olsun.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.