Bakıətrafı qəsəbələrin kanalizasiya problemi: nə vaxt həllini tapacaq? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıətrafı ərazilərdə 7100 kilometr uzunluğunda tullantı su xətlərinin tikintisi nəzərdə tutulub.
Bunu Trend-in sorğusuna cavab olaraq "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O bildirib ki, hazırda Abşeron yarımadasında yaşayan əhalinin təxminən 40 faizinin kanalizasiya xəttinə çıxışı yoxdur və bunun 95 faizi Bakıətrafı ərazilərin payına düşür.
"Bildiyiniz kimi Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi yekunlaşdırılıb və həmin layihənin davamı olaraq hazırda ora iki istiqamətdən gətirici kollektorların tikintisi davam etdirilir. O kollektorlar tikilib istifadəyə veriləndən sonra 11 qəsəbədə tullantı sularının dənizə axıdılmasının qarşısı alınacaq. Bakının ətraf ərazilərində demək olar ki, kanalizasiya sistemi inkişaf edilməyib. Olan xətlər də fərdi qaydada çəkilib və daha çox birbaşa hansısa sututara, gölə və bir qismi Xəzər dənizinə axıdılır" - deyə, A.Cəbrayıllı vurğulayıb.
Onun sözlərinə görə, Bakıətrafı qəsəbələrin bir hissəsinin kanalizasiyasının Xəzərə axıdılması böyük problemdir. Ələtdə, Səngəçalda, Lökbatan qəsəbəsinin yaxınlığında, Türkanda, Pirallahıda, Zirədə, Pirşağıda yeni sutəmizləyici qurğular tikilməlidir ki, Xəzər dənizinin ekoloji təhlükəsizliyi təmin olunsun.
"Bizim baş planımızda Bakıətrafı ərazilərə 7100 kilometr uzunluğunda tullantı su xətlərinin tikintisi nəzərdə tutulub. Amma indiyə qədər bu layihələrin cəmi 12 faizi icra olunub. Bunlar çox böyük maliyyə tutumlu layihələrdir və dövlət büdcəsi hesabına maliyyələşdirilir. Dövlət investisiya ayrdıqca, "Azərsu" ASC sifarişçi rolunca çıxış edərək, həm içməli, həm də tullantı su sistemlərinin tikintisini həyata keçirir" - deyə, qurum rəsmisi əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
XƏBƏR LENTİ
-
Hidayət Heydərov dünya çempionatında növbəti qələbəsini qazandı
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb





