“Al Market”dən 5 manat oğurladı - 8 il yarım həbs cəzası aldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xətai rayonunda "Al Market"ə basqın edən 1991-ci il təvəllüdlü Orxan Bayramovun cinayət işi üzrə bir sıra məqamlar bəlli olub.
Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, oğurluq məqsədi ilə mağazaya daxil olan O.Bayramov kassadakı 1200 manat pulu oğurlamağa cəhd edib. Hadisə yerindən qaçmaq istəyərkən mağazanın müdir müavini onun qarşısını kəsərək pulları geri almağa çalışıb. Bayramov üzərindəki bıçaqla mağazadakı işçiləri hədələyib. Münaqişənin sonunda işçilər O.Byramovdan pulları almağa müvəffəq olublar. O, 1200 manatdan yalnız 5 manat götürə bilib və hadisə yerindən qaçıb.
Məhkəmədə dindirilən zaman məlum olub ki, təqsirləndirilən şəxs narkotik almaq üçün mağazadan pul oğurlamaq istəyib: "Ara-sıra narkotik istifadə edirəm. Həmin gün istifadə etmədiyinə görə bədənimdə ağrılar başlamışdı. Narkotik almağa pulum olmadığından yaxınlıqdakı "Al Market"ə girməyə qərar verdim. Kassada heç kəsin olmadığını görüb pulları oğurlamaq qərarına gəldim. Mağazadan çıxmaq istəyəndə işçilərdən biri qabağımı kəsdi. Məni tutan oğlan pulları əlimdən aldı. Məni buraxmaları üçün bıçağı çıxarıb bildirdim ki, yaxınlaşmasınlar, tez çölə çıxdım. Üzərimdəki bıçağı ağaclıq əraziyə tulladım. Bir az sonra evə polislər gəldi. Hadisə zamanı mağazadan heç bir məbləğdə pul götürməmişəm".
Marketin müdir müavini Əlibala Orucov ifadəsində bildirib ki, hadisə vaxtı satıcı Zəfərlə piştaxtalara malların yerləşdirilməsi ilə məşğul olublar. Buna görə başları bir qədər qarışıq olub: "Zəfərə kassaya getməsini tapşırdım. Həmin vaxt mağazaya daxil olan hündürboylu bir oğlan kassaya yaxınlaşaraq pulları götürdü. Dərhal oğlanın arxasınca getdim, onun qarşısını kəsib pulları qaytarmasını tələb etdim. Oğlanın qaçmaq istədiyini hiss edib onu mağazanın içinə doğru itələdim. Əlini qapının çöl tərəfinə sıxdım və pullar yerə töküldü. Bu zaman oğlan bıçaq çıxardı, yerə tökülən pulları yığmaq istədi. Həmin vaxt Zəfər oğrunun əlindən pulları aldı, oğlan qaçıb getdi. DİN-nin "102" xidmətinə zəng vuraraq məlumat verdik. Oğlanın nə qədər pul aparmasını yoxlayarkən 5 manat əskik olduğunu müəyyən etdik. Heç birimiz xəsarət almadıq".
Məhkəmədə mağaza rəhbərliyi və işçilər təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri olmadığını bildiriblər.
O.Bayramov Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ona 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
XƏBƏR LENTİ
-
Hidayət Heydərov dünya çempionatında növbəti qələbəsini qazandı
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb





