Bayraqdarovun xatirəsi əbədiləşdirildi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qubada əslən Axısqa türkü olan şəhidin xatirəsinə bulaq inşa edilib
Əslən Axısqa türkü olan Batdal Bayraqdarovun xatirəsini ədəbiləşdirmək məqsədi ilə rayon rəhbərliyi və yerli sakinlər tərəfindən abidə və bulaq kompleksi inşa edilib. Kompleksin açılışı mərasimində Quba RİH başçısı Ziyəddin Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri və kənd sakinləri iştirak etdi. Çıxış edənlər bildirdi ki, Vətən müharibəsində tarixi və əbədi düşmənimiz ermənilərə qan udduran cəsur oğullarımız, millət seçimi etmədən döyüşlərdə birlik, əzmkarlıq və bir-birinə dayaq, dəstək nümayiş etdirdilər. Zəfər Qələbəsinin qazanılmasında ölkəmiz yaşayan azsaylı xalqların nümayəndələri ancaq bir amal uğrunda, Azərbaycanımızın bütövlüyü və Qarabağ torpaqlarının düşməndən təmizlənməsi uğrunda döyüşdülər. Bu yolda şəhadətə yüksələn qəhrəmanların xatirəsi xalqımız tərəfindən daim yad edilir. Mərsimdə məktəblilər vətənpərvərliyə və şəhidlərimizə həsr edilən şeirlər səsləndirildi. Abidə kompleksi tədbir işdirakçıları tərəfindən ziyarət olundu.
Milli.Az Real TV-yə istinadən bildirir ki, Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin sözlərinə görə, ölkəmizdə tolerantlıq nümünəsi olan Qubada uzun illər müxtəlif azsaylı xalqlar mehriban şəraitdə yaşamaqdadır. Vətən müharibəsində də onlar birlik nümayiş etdirməklə bir daha əsl vətəndaşlıq sevgilərini sübut etdilər.
Şimal bölgəsi üzrə Axısqa Türkləri Cəmiyyətinin sədri Səlim Rizmanovun sözlərinə görə, Vətən müharibəsində Axısqa Türkləri qardaşlıq prinsipini növbəti dəfə isbat etdi.
Abidə kompleksinin tikintisini yüksək qiymətləndirən şəhid valideynləri bu nümunəvi addımdan çox qürurlandıqlarını bildirdilər. Onlar hesab edir ki, bu təşəbbüs canını vətənə fəda edən qəhrəmanlara göstərilən böyük dəyərdir.
Qeyd edək ki, 2002-ci ildə Qubanın Ağbil kəndində anadan olan Batdal Bayraqdarov Vətən müharibəmiz başlayan gündən döyüşlərə qatılıb. O, Cəbrayıl rayonun işğaldan azad olunmasında böyük fədakarlıq göstərib. Füzuli şəhəri uğrunda gedən qızğın döyüşdə isə mənfur düşmənin atdığı artilleriya qəlpəsi nəticəsində ağır yaralanaraq şəhid olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin





