Yaralansa da sonadək döyüşən Rasim Yaxin - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şuşanın azad olunmasında iştirak edən qazi protezlə təmin olunub
44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlarımızdan biri də milliyətcə tatar olan Rasim Yaxindir. Onun ən böyük arzusu düşmənə qarşı sonadək vuruşmaq və işğal altında olan torpaqları düşmən tapdağından azad etmək idi.
Sentyabrın 27-də Kəlbəcər istiqamətində gedən döyüşlərə qoşulub. Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının və bir sıra yüksəkliklərin azad olunmasında fəal iştirak edib. Əsas tapşırıq Şuşanın azad olunması idi.
Rasim Yaxin döyüşçü yoldaşları ilə Şuşa istiqamətində bir neçə yüksəkliyin düşməndən azad olunması istiqamətində uğurlu döyüş əməliyyatında iştirak edib. Gizirimiz 3 gün piyada yol gedərək, dağa dırmaşaraq Şuşaya düşmənin gözləmədiyi ərazidən hücuma keçdiklərini deyir. Döyüş zamanı düşmən qəlpəsi sol biləyini aparmaqla yanaşı, sol gözünü və çənəsini üç yerdən zədələyib.
Rasim Yaxin deyir ki, erməni ordusuna məxsus postlara gizli yollarla girən kimi 7-8 metrlik məsafədən düşməni məhv edirdi. O, 2018-ci ilin may ayından yaralandığı günədək xüsusi təyinatlı dəstədə yarımqrup komandiri kimi vəzifələrini layiqincə yerinə yetirib. Hər zaman yüksək hərbi intizamı və qüsursuz xidmətilə fərqlənən hərbi qulluqçu kimi "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla, eləcə də hərbi hissə komandanlığı tərəfindən bir sıra mükafatlarla təltif edilib.
Milli.Az Real TV-yə istinadən bildirir ki, Rasim Yaxin üç dəfə əməliyyat olunub. "YAŞAT" Fondunun dəstəyi ilə israilli həkimlər tərəfindən sol gözümə protez qoyulub. Yaxın zamanda yuxarı ətrafın ən son texnologiyalı bioelktrik protezi ilə də təmin olunacaq.
Adını Vətənin qəhrəmanlıq tarixinə yazmış cəsur hərbi qulluqçumuz ailəlidir, iki qız övladı var. Rasim Yaxin deyir ki, milliyyətcə tatar olsam da, Azərbaycan vətəndaşıyam və bununla da fəxr edirəm. Mən və övladlarım da Azərbaycanın suyunu içib, çörəyini yeyib. Bundan sonra da Azərbaycanın torpaqları uğrunda vuruşmağa və müdafiəsində dayanmağa hazıram.
Qeyd edəK ki, O, Vətən müharibəsində ağır və şərəfli cəbhə yolu keçdiyi üçün "Azərbaycan Bayrağı" ordeni, "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı





