Ölkə

Tərtərdə arvadını öldürən kişinin işi məhkəməyə göndərildi

21 Sentyabr 2021 14:12
0 Şərh     Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtərdə həyat yoldaşının məhkəmənin qarşısında öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Tərtər Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, 2021-ci il iyunun 18-də rayon sakini Arzu Abbasovanın öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin əri Anar Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Tərtər rayon məhkəməsinin inzibati binasının qarşısında boşanmaq üçün növbəti məhkəmə iclasına gələn arvadı Arzu Əliyevaya bıçaqla xəsarətlər yetirib onu qəsdən öldürüb.
Anar Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.