Ölkə

Naxçıvanda toylarda yalnız çay və şirniyyat veriləcək? - RƏSMİ AÇIQLAMA

28 İyun 2021 13:19
1 Şərh     Baxış: 3 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnternet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında (MR) keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb.

Bu barədə Milli.Az-a Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyindən bildirilib.

"Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi bildirir ki, bu məlumat əsassızdır. Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək", - deyə qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory