Ölkə

Türkiyə 12 yaşlı uşağı xilas edən azərbaycanlı həkimdən danışır - VİDEO - FOTO

27 İyun 2021 10:19
0 Şərh     Baxış: 2 162
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Yalova şəhərində 12 yaşlı Həmzə Dağın həyatını xilas edən azərbaycanlı həkim Sərxan Həsənov ölkə gündəminə çevrilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ağacdan meyvə toplayarkən yıxılan və ürəyinə 13 santimetrlik dəmir batan Həmzə ağır vəziyyətdə xəstəxanaya çağırılıb. Xəstəxanada ürəyi dayanan Dağı xilas etmək üçün S.Həsənov xərəyin üzərinə çıxaraq ona ürək masajı edib. Yenidən həyata qayıdan Həmzə əməliyyat edilib və bir həftəlik reanimasiyadan sonra bunu həkimləri ilə birlikdə qeyd edib.

"Təcili şəkildə xəstəxanamıza çatdırılan Həmzə Dağı görəndə artıq ürəyi dayanmışdı. Dərhal ürək masajına başladım. Xəstənin çox vaxtı yox idi, ona görə xərəyə çıxıb masaja başladım. Şükür ki, problem yaşanmadı. Bir həyatı xilas etdik və xoşbəxtik", - deyə Həsənov bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.