Türkiyəli memar insanları aldadıb - Zərərçəkmişlər belə iddia edir - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ev və obyektlərini təmir etdirən şəxslər bir iş adamı tərəfindən aldadıldıqlarını iddia edirlər. 10-a yaxın şəxs Hakan Şengül adlı türkiyəli memarın onların təmir məqsədi ilə pullarını alıb, sonra isə işlərini yarımçıq qoyduğunu deyirlər. Bildirirlər ki, həmin şəxs eyni üsulla insanlara ümumilikdə yarım milyon manata qədər ziyan vurub. Aldadılan şəxslər arasında bir Türkiyə vətəndaşı da var. Əməkdaşlarımız Hakan Şengüllə telefonla danışıblar. O, bu iddialarla bağlı nə deyib?
Özünü memar kimi təqdim edən Türkiyə vətəndaşı-Hakan Şengül adlı şəxs 10-a yaxın şəxsi aldadaraq, onların küllü-miqdarda pulunu mənimsəyib. Zərərçəkmişlər iddia edirlər ki, həmin şəxs kiminin evinin, kiminin isə obyektinin təmirini yarımçıq qoyaraq, onlara maddi ziyan vurub. Onun aldatdığı şəxslər arasında Hakan Tanrıverdi adlı Türkiyə vətəndaşı da var. O, bildirir ki, bir müddət əvvəl Yasamal rayonunda yerləşən evinin təmirini Hakan Şengülə həvalə edib. 130 min manatlıq razılaşma əldə edilib və bu razılaşmaya görə, Hakan Şengül yaşayış evini otel halında təmir edib, sahibinə təhvil verməli imiş.
Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, Hakan Şengülün aldatdığı insanlardan biri olduğunu deyən Firdovsi Xəlilov adlı şəxs isə Xətai rayonu, Zeytun küçəsində yerləşən evinin ilkin təmiri üçün Hakana 27 min manat pul ödəyib. Eyni senari onun da başına gəlib. Hakan Şengül 6 min manat dəyərində işi gördükdən sonra yoxa çıxıb.
Zərərçəkmişlər bildirirlər ki, o eyni üsulla daha bir neçə nəfəri aldadıb.
Bütün bu iddialarla bağlı Hakan Şengüllə əlaqə saxladıq. O, zəngimizə cavab versə də, sualı dinlədikdən sonra telefonu üzümüzə söndürdü. Daha sonra dəfələrlə yığsaq da, cavab vermədi.
Zərərçəkənlər deyirlər ki, Hakan Şengül ümumilikdə onlara təxminən yarım milyon manata yaxın ziyan vurub. Onlar hüquq-mühafizə orqanlarının bu məsələni ən qısa vaxtda araşdırıb, hüquqi qiymət verəcəyinə inanırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
80 yaşında olması inanılmazdır - (Video)
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
XƏBƏR LENTİ
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)





