Ölkə

Peyvənd olunan şəxs COVİD-ə yoluxubsa nə etməlidir? - TƏBİB açıqladı

12 Aprel 2021 13:55
Baxış: 2 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Peyvəndin birinci dozası vurulduqdan sonra yoluxma olarsa, ikinci dozanın vurulacağı vaxta qədər xəstə xəstəliyi keçirib sağalırsa, qızdırmasız bir dönəmə girirsə, qan dəyərləri normala qayıdırsa, yəni əminiksə ki, xəstə xəstəliyin aktiv dönəmində deyil, peyvəndin ikinci dozasının vurulmasının bir ziyanı yoxdur".

Bunu Milli.Az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

İnfeksionist bildirib ki, xəstəliyi keçirənlərin əksəriyyətində qanda immunoqlobin formalaşmaya bilər:

"Yoluxmadan sonra ikinci dozanın vurulması ona ancaq əlavə immun hüceyrələr, immunitet qazandıra bilər. Orada əks bir göstəriş yoxdur. Peyvəndə əks göstərişlər hamiya bəllidir. 

Aktiv bir xəstəlik dövrü keçirdiriksə, qızdırmalı bir dövr keçirdiriksə, yaşımız 18 yaşın altındadırsa, hamilədirsə, yaxud ciddi bir immunspressiv xəstəliyimiz varsa, məsəl üçün buna xərçəng xəstələrimiz aiddir, hazırda kimyaterapiya alırsa, ciddi bir müalicə altındadırlarsa, bu xəstələrdə bir müddət gözləyirik müalicə bitdikdən, xəstənin səhhəti stabilləşdikdən sonra peyvəndini icra edirik. 

Xüsusən də qanda xəstəliyi keçirib keçirməməyi yoxlamaq, yəni immuniteti yoxlayıb, əgər yaranıbsa peyvənd olunum, olunmayım kimi müzakirələr olur bəzən, ona da ehtiyac yoxdur. Çünki xəstəliyi keçirmiş ola bilərsiniz, amma qanda immunoqlobin formalaşmaya bilər və yaxud da qanınızda formalaşan immunoqlobinlərin miqdarı çox az olduğundan sizi qorumamış ola bilər. Yəni bunların heç biri peyvənd üçün əks göstəriş deyil".

Təhməz Əsədov
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.