Ölkə

Bu küçədə evlər su altında qalır - VİDEO

29 Mart 2021 16:24
Baxış: 1 200
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qrunt suları Buzovna qəsəbəsini keçilməz edib. 

Milli.Az xəbər verir ki, bunu "ARB Xəbər"ə qəsəbə sakinləri deyib. Sakinlər bildirirlər ki, telefon xətləri üçün nəzərdə tutulan drenajlara yığılan yeraltı çirkli suların küçəyə axması gediş-gəlişə mane olmaqla yanaşı, maşınların xarab olmasına və evlərin də su ilə dolmasına səbəb olur. 

Məsələ ilə bağlı açıqlama verən Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, qəsəbənin bu vəziyyətdə olmasının səbəbi sözügedən ərazidə kanalizasiya sisteminin olmamasıdır:

"2021-ci il üçün nəzərdə tutulan layihədə həmin qəsəbəyə kanalizasiya xətlərinin çəkilməsi daxildir". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.