Ailədə iki bacı, 1 qardaş idik. O, evin sonbeşiyi idi.
Bunu Milli.Az-a açıqlamasında Vətən müharibəsinin şəhidi Rzayev Hacırıza Fikrət oğlunun bacısı Mələk xanım deyib.
Şəhid bacısı bildirib ki, qardaşı döyüşlər dayanandan sonra erməni diversantların təxribatı zamanı şəhid olub:
"Qardaşım 1992-ci il yanvarın 7-si Bakı şəhərində anadan olub. 1999-cu ildə Nəsimi rayonu 266 sayli orta məkətəbə gedib, 2010-da məktəbi bitirib. Hərbi xidmətə 2010-cu ilin oktyabrında Nəsimi rayonu hərbi komissarlığından yollanmışdı. Xidmətini Gədəbəydə çəkmişdi. Hacırıza 2012-ci il aprel ayında hərbi xidmətini bitirib, geri dönür. II Qarabağ müharibəsinə səfərbərlik xidmətinin çağırışı əsasında yollanıb. Sentyabrın 21-dən təlimlərə cəlb edilmişdi. Döyüşlərin başladığı ilk gündən etibarən isə bir çox rayonların işağlçılardan azad edilməsində iştirak edib. Füzuli, Cəbrayıl, Hadrut, Tərtər, Şuşa, Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib.
Hacırzanın sonuncu kadrı:
Sonuncu dəfə ayın 25-i anamla danışıb, son sözü "Sizin üçün çox darıxmışam" olub. Qələbədən sonra, noyabrın 26-da Hadrut (Xocavənd) meşəsində düşmən təxribatı zamanı şəhid olub. 5 əsgərdən 3-ü şəhid olub, ikisi hospitaldadır.
Ölümündən sonra qardaşım "Vətən uğrunda", "Füzulinin azaldığı uğrunda" medalları ilə təltif olunub".
Təhməz Əsədov
Milli.Az