Gələn ilin qeyri-iş günləri açıqlandı - CƏDVƏL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli Qərarı ilə 2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
Nazirlikdən Milli.Az-a bildirilib ki, 2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2020-ci il 3 dekabr tarixli 483 nömrəli Qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
|
1, 2 yanvar |
- |
Yeni il bayramı; |
|
20 yanvar |
- |
Ümumxalq hüzn günü; |
|
8 mart |
- |
Qadınlar günü; |
|
20, 21, 22, 23, 24 mart |
- |
Novruz bayramı; |
|
9 may |
- |
Faşizm üzərində qələbə günü; |
|
13,14 may |
- |
Ramazan bayramı; |
|
28 may |
- |
Respublika günü; |
|
15 iyun |
- |
Azərbaycan xalqının milli qurtuluş günü; |
|
26 iyun |
- |
Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü; |
|
20,21 iyul 8 noyabr |
- - |
Qurban bayramı; Azərbaycan Respublikasının Zəfər günü; |
|
9 noyabr |
- |
Azərbaycan Respublikasının Dövlət bayrağı günü |
|
31 dekabr |
- |
Dünya azərbaycanlılarının həmrəyliyi günü. |
2021-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 4 yanvar, 25, 26 mart, 10 may, 28 iyun tarixləri, altıgünlük iş həftəsində 25 mart, 10 may tarixləri istirahət günləridir.
2021-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 8-i bayramqabağı və Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 19 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır.
Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
2021-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1920 saatdır.
Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Altıgünlük iş həftəsi olan iş yerlərində də 40 saatlıq iş həftəsində çalışanlar üçün 1920 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://sosial.gov.az/istehsalat-tqvimi) da yerləşdirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
-
Ev tikmək adı ilə 29 minini mənimsədi
-
Tramp: Hörmüzdə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
-
"Yayıblar ki, şeirə 2 min manat istəyib"
-
Günün qoroskopu: İş və şəxsi həyat balansını qoruyun
-
Yasamalda vətəndaşlar susuz qaldı
-
Qurban Qurbanov təsdiqlədi - "Onlar bizə çox gec qoşulublar"
-
Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu
-
DÇ-26: Niderland İsveçi darmadağın etdi
-
Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
-
Badamlı ərik mürəbbəsi resepti
-
Ütünü kənara qoyun: Geyimlərinizi hamar edən buz üsulu
-
Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində (Video)
-
Konfrans Liqasından imtina etmək istəyirdik - Rəşad Sadıqov
-
Qazaxa dolu yağdı (Video)
-
Türkiyədə sərnişin avtobusu aşıb - ölən və yaralananlar var
-
Sumqayıt tələbə adını qazanmaqda rekord nəticə göstərdi
-
Rusiya Zaporojyeyə hücum etdi - ölən və yaralananlar var
-
"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib
-
Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq köhnə üsuldur
-
Gerçek Alnıaçık "Taşacak bu deniz"dən gedir (Foto)
-
Netanyahu orduya Livanda atəşi dayandırmaq əmri verdi
-
Dua Lipanın toy (Fotoları)
-
Yeni mühitə ən sürətlə uyğunlaşan 3 bürc





