Ölkə

"Axı bizim toyumuz olacaqdı" - Şəhidin nişanlısı - VİDEO

12 Dekabr 2020 16:00
Baxış: 3 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhid Samir Əliyevin nişanlısı Nərmin "Bizimləsən" proqramının qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Nərmin Samirlə sinif yoldaşı olduğunu, onla bağlı xatirələrini danışıb:

"Yuxuma gəlir, deyir ki, sağam. Bir dəfə də gəldi dedi ki, nənə məni incidir. Qayıtdım ki, axı bizim toyumuz olacaqdı. Dedi ki, olacaq. Biz eyni sinifdə oxumuşuq. 6 il eyni partada oturmuşuq.

Samir həmişə tank, mən isə imza çəkirdim. Müəllim deyirdi, sən müəllim, Samir isə hərbçi olacaq. Məktəbdə oxuduğu vaxtlarda nə qədər fəxri diplomlar aldı. Məktəbi qırmızı diplomla bitirən yeganə şagird idi. 9-cu sinifdə mənə hisslərini dedi, 1 il sonra ona razılıq verdim. Samir çox sadiq oğlan idi: həm sevgisinə, həm ailəsinə. Məktəbimizin ilk şəhidi Samir oldu.

Bu acı yük bizim qəlbimizdədir. Amma qürurla daşımağa məcburuq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.