"Həkimə gecikənlər reanimasiyaya gedir, oradan da qayıtmır" - İnfeksionist
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sərtləşdirilmiş karantin rejimi lazım idi.
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.
İnfeksionist bildirib ki, Nazirlər Kabinetinin xüsusi karantin rejimini sərtləşdirməsi ilə bağlı qərarı düzgün addımdır:
"Xəstə bilirsiniz nə qədərdir?! Hamısı da ağır-ağır. Öhdəsindən gəlmək olmur. Oturub evdə müalicə alırlar, ağırlaşıb gəlirlər. Deyirlər koronavirus mutasiya oldu, amma virus eynilə ilk gündəki kimidir. COVİD-in eyni gedişatıdır. Vaxtilə həkimə müraciət edənin səhhəti stabil olur evinə qayıdır, həkimə gecikmiş gələn isə reanimasiyaya gedir, oradan da artıq qayıtmır. Yəni, bu, artıq qaydadır.
Maskada olsalar, yoluxmanın qarşısı alınar
Nazirlər Kabinetinin xüsusi karantin rejimini sərtləşdirməsi ilə bağlı qərarı düzgün addımdır. Bu qaydalar yaxşıdır, yenə heç olmasa yoluxmanın bir az da olsa, qarşısı alınar. Açıq havada ona görə maskadan istifadənin məcburi olması yaxşı oldu ki, ara məsafəsi saxlamadan yığırlar dayanacaqlarda avtobus gözləyirlər, özü də maskasız. Açıq havada olmağına baxmayaraq bir-birlərinə yaxın dayanırlar. Maskada olsalar, yoluxmanın qarşısı alınar.

Şənbə-bazar günləri də insanlar boş olan kimi harasa mağazaları gəzməyə, restorana, kafeyə gedirdilər. O səbəbdən həftəsonları artıq müəyyən edilmiş tarixə qədər həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlərin dayandırılması daha yaxşı oldu. Düzdür, mağazalarda maska verilir, ancaq ki toplum şəkildə çoxluğun qarşısını yenə almaq mümükün olmur. Böyük ərzaq mağazalarında kassaların qarşısında insanlar sosial məsafəyə riayət etmirlər.
Karantin rejimini sərləşdirilməkdə hələ gecikiblər
Bu qaydalar olmalı idi, gecikiblər hələ. Sərtləşdirilmiş bu karantin rejimini, ümumiyyətlə, müddətsiz olaraq tətbiq etməlidirlər, COVİD bitənə qədər belə olmalıdır. Çünki biz belə edirik, bir balaca yoluxmanın qarşısı alınır, sonra karantin yumşaldılır, yenə yoluxma sayı artır. İnsanlar da bilmirəm, beziblərmi, yoxsa psixologiyalarımı pozulub, əhəmiyyət vermirlər. Artıq bir ili tamam oldu bu virusun, amma yenə də insanların çoxu bu virusun varlığına inanmırlar, əhəmiyyət vermirlər, qorunmurlar".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı





