ADA Universiteti magistr proqramlarına sənəd qəbulu elan edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ADA Universiteti magistr proqramlarına sənəd qəbulu elan edir
ADA Universiteti 2021-2022-ci tədris ili üçün magistr proqramlarına sənəd qəbulu elan edir.
İkiillik magistr proqramlarında tədris yerli və xarici müəllimlər tərəfindən ingilis dilində aparılır. Dərslər axşam saatları və həftəsonu keçirildiyindən işləyən namizədlər üçün də ali təhsillərini davam etdirmək imkanı yaradır.
Magistratura proqramlarının siyahısı aşağıdakıdır:
· Diplomatiya və Beynəlxalq münasibətlər
· Dövlət idarəetməsi
· Təhsil üzrə menecment
· Təlim və tədrisin təşkili və metodikası
· Biznesin idarə edilməsi (MBA)
· Maliyyə üzrə MBA (Rusiyanın MQİMO Universiteti ilə birgə)
· Kompüter elmləri və Data Analitikası (ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə)
Bu tədris ilində də ADA Universiteti ikili diplom proqramları təklif edir. Belə ki, ADA Universitetinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MQİMO) ilə birgə Maliyyə üzrə MBA proqramı minimum 3 il iş təcrübəsinə malik namizədlər üçün nəzərdə tutulub. Proqramda təhsil alan tələbələr 2 dəfə Moskvada modul dərslərdə iştirak edərək maliyyə sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri və peşəkarlarla görüşmək imkanı qazanırlar. Proqram xərclərinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir.
ADA Universiteti və Corc Vaşinqton Universiteti tərəfindən təklif olunan Kompüter elmləri və Data analitikası üzrə yeni magistr proqramı isə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir və BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir.
Tədris yay semestri də daxil olmaqla, beş semestr ərzində aparılır. Bu semestrlərdən üçü Bakıda, iki semestr isə Corc Vaşinqton Universitetində keçirilir. Proqramın məzunları ADA və Corc Vaşinqton Universitetindən magistr dərəcəsi əldə edirlər. Tələbələrin hər iki universitetdə təhsil haqqı, Vaşinqtona səfəri və oradakı yaşayış xərcləri Dövlət proqramı və BP və tərəfdaşları tərəfindən ödənilir.
Bundan əlavə, keçən il uğurla təsis olunmuş yeni magistr proqramı Təlim və tədrisin təşkili və metodikasına da bu il qəbul aparılacaq.
Tələbələr ADA Universitetinin təsis etdiyi Tədqiqat Təqaüdündən də faydalanaraq ödənişsiz magistratura təhsili ala bilərlər.
ADA-nın magistr proqramlarına sənədlərin qəbulu Azərbaycan vətəndaşları üçün 2021-ci il aprelin 1-i, xarici vətəndaşlar üçün isə iyulun 15-dək davam edəcək.
ADA Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbul imtahanında iştirak etməli və ingilis dili bilikləri üzrə müvafiq sertifikat ("IELTS" və ya "TOEFL" və ya "Duolingo") təqdim etməlidirlər. İlkin mərhələdən uğurla keçən namizədlər individual müsahibəyə dəvət olunurlar.
Proqramlar barədə ətraflı məlumat almaq istəyən namizədlər ADA Universitetinin veb-səhifəsinə daxil ola (ada.edu.az), əlavə suallarla isə [email protected] ünvanına və ya 994502569906 nömrəsinə müraciət edə bilərlər.
Magistraturaya qəbul üzrə ilk onlayn məlumat sessiyası noyabrın 27-də keçiriləcək. Məlumat sessiyasında iştirak etmək istəyən namizədlərdən [email protected] elektron ünvanına yazmaları xahiş olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Küçədə Cem Yılmaza sərt reaksiya: “Allah bəlanı versin!” - VİDEO
-
Ayın 20-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Gündə 20 dəqiqədən çox skuter sürmək TƏHLÜKƏLİDİR
-
"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi
-
Aylığı 500 manat olan bağçada vəziyyət - "Uşağıma müəllimlər şiddət göstərib" - VİDEO
-
"Ağıllı şəhərlər" - bəşərin gələcək komfortu, yoxsa yeni miqrasiya problemləri? - ARAŞDIRMA
XƏBƏR LENTİ
-
Küçədə Cem Yılmaza sərt reaksiya: “Allah bəlanı versin!” - VİDEO
-
Rəsul Çunayev atası ilə bağlı maraqlı xatirəni bölüşdü: "O cümləni əzbərləmişdi"
-
Şəhər mərkəzi dəyişir - Yeni model AÇIQLANDI
-
"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri kimlərdir?
-
Ayın 20-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Gündə 20 dəqiqədən çox skuter sürmək TƏHLÜKƏLİDİR
-
"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi
-
Aylığı 500 manat olan bağçada vəziyyət - "Uşağıma müəllimlər şiddət göstərib" - VİDEO
-
Kurtua klub sahibi oldu
-
"Ağıllı şəhərlər" - bəşərin gələcək komfortu, yoxsa yeni miqrasiya problemləri? - ARAŞDIRMA
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"
-
Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTO
-
Ronaldonun Corcinası görünüşünü DƏYİŞDİRDİ - FOTOlar
-
Gələn həftə 5 gün EVDƏYİK
-
Tribunalardan birinə Qvardiolanın adı veriləcək
-
67 ölkə arasında Azərbaycan uğuru - Gənc proqramçılardan qürurverici nəticə
-
Qobustan qəsəbəsi ərazisində qəzalı körpünün söküntüsünə başlanılıb
-
Bakı-Tbilisi-Bakı qatarının gediş-gəliş qiyməti bu gün AÇIQLANACAQ
-
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
-
Beynəlxalq avtomobil daşımaları ilə bağlı YENİ QƏRAR
-
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür - Kamaləddin Qafarov
-
Şəhər tale kimi: Azərbaycan daş yaddaşından gələcəyin memarlığına doğru
-
Ançelotti Neymarla bağlı qərarından danışdı
-
Əhaliyə PİS XƏBƏR: Bu peşələri süni intellekt əvəz edir - TAM SİYAHI





