Ölkə

Ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yeni yolverilən hədləri müəyyən edilib

25 Sentyabr 2020 18:37
Baxış: 469

Nazirlər Kabineti "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli Qərarında dəyişiklik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qərara əsasən, ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yeni yolverilən hədləri müəyyən edilib.

Qərara əsasən, tikinti sıxlığının əsas göstəriciləri aşağıdakılardır:

-ərazinin tikinti əmsalı - bina və qurğular altında olan sahənin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti;

- ərazinin tikinti sıxlığı əmsalı - bina və qurğuların bütün yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti.

- Yaşayış və ictimai-işgüzar zonalar üçün ərazinin tikinti və tikinti sıxlığı əmsalları məhəllənin bütün ərazisi üçün zəruri olan xidməti idarə və müəssisələr, qarajlar, avtomobil duracaqları, yaşıllıqlar, meydançalar və digər abadlıq obyektləri nəzərə alınmaqla verilib.

-İstehsalat zonası üçün bu əmsallar istehsalat tikintisi (bir və ya bir neçə obyektlər) olan məhəllələr üçün verilib.

- Ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən mərtəbələrin sahələri binanın xarici ölçüləri ilə müəyyən edilir. Bu zaman yalnız yerüstü mərtəbələr (mansarda mərtəbəsi daxil olmaqla) nəzərə alınır. Bina və qurğuların yeraltı mərtəbələri nəzərə alınmır.

-Məhəllələrin sərhədləri qırmızı xətlə tənzimlənir.

-Yaşayış və ictimai-işgüzar zonaların formalaşmış mövcud məhəllələrinin yenidən qurulması zamanı (mansardaların, mərtəbələrin artırılması da daxil olmaqla), bu məhəllələrin əhalisi üçün tələb olunan xidməti idarə və müəssisələr nəzərdə tutulmalıdır. Xidmət radiuslarına riayət edilməklə, qonşu məhəllələrdəki xidməti müəssisələr (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) nəzərə alına bilər.

-Mövcud yaşayış zonalarında ərazilərin yenidən qurulması zamanı yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri, tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar- 3 epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraiti təmin edilməklə, ərazinin tikinti əmsalı 0,6-dan artıq olmamaq şərtilə, tikinti və tikinti sıxlığı əmsalının 30 faizdən çox olmayaraq artırılmasına yol verilir.

*Ayrıca yerüstü qaraj binasının ümumi sahəsinin 25%-ə qədərinin digər sahibkarlıq məqsədləri üçün istifadəsinə yol verilir.

Qeyd edək ki, indiyə qədər ərazi zonalarında yolverilən tikintinin miqyası aşağıdakı cədvəl üzrə müəyyən edilib:

Ərazi zonaları

Ərazinin tikinti əmsalı

Ərazinin tikinti sıxlığı əmsalı

Yaşayış zonaları

Çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları ,o cümlədən:

yenidən qurulan

orta mərtəbəli çoxmənzilli yaşayış binaları

azmərtəbəli çoxmənzilli yaşayış binaları

mənzilyanı torpaq sahələri olan bloklaşdırılmış yaşayış binaları

həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri

İctimai-işgüzar zona

çoxfunksiyalı tikinti

ixtisaslaşdırılmış ictimai tikinti

İstehsalat zonası

sənaye

elmi-istehsalat

kommunal-anbar

0.4

0.6

0.4

0.4

0.3

0.2

1.0

0.8

0.8

0.6

0.6

1.2

1.6

0.8

0.6

0.6

0.4

3.0

2.4

2.4

1.0

1.8

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.