Ölkə

Bakının yaşayış üçün ən ideal ərazilərinin ADLARı AÇIQLANDI - ÖZƏL

10 Sentyabr 2020 11:42
Baxış: 10 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının ekoloji vəziyyəti iri sənaye şəhərlərinə xas olan cəhətlərə uyğundur. Bu, ilk növbədə, nəqliyyatın sıx olması, sənaye və iaşə müəssisələrinin fəaliyyəti ilə bağlıdır. 

Bunu Milli.Az-ın sorğusunu cavablandıran Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib. 

Rəis müavini hazırda paytaxtda ekoloji təmizliyinə görə yaşayış üçün ən ideal ərazilərin adlarını açıqlayıb:

"Əlbəttə ki, yerli relyefin və hava-iqlim şəraitinin təsiri də burada öz rolunu oynayır. Belə ki, Bakı şəhərinin hansı inzibati rayonunda daha əlverişli ekoloji vəziyyətin olması sualını cavablandırarkən sözügedən faktorları nəzərə almaq lazımdır.

Bakı şəhərinin inzibati rayonlarında atmosfer havasının keyfiyyəti üzrə aparılan monitorinqin nəticələrinə əsasən demək olar ki, Pirallahı rayonu, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisi və Yasamal rayonunun bəzi əraziləri digər rayonlara nisbətən daha əlverişli ekoloji şəraitlə səciyyələnir".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.