Bakıda dəniz kənarında meyit tapılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində dəniz kənarında naməlum kişi meyiti aşkarlanıb. Araşdırmalar zamanı həmin şəxsin Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 60, mənzil 21-də yaşayan, 1952-ci il təvəllüdlü Abdullayev Vaqif Qubad oğlu olması müəyyən edilib. Onun hansı şəraitdə və nədən ölməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az