Ölkə

Azərbaycanda məktəblərdə bufetlər necə işləyəcək? - FOTO

28 Avqust 2020 18:27
Baxış: 1 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məktəblərdə şagirdlərin sıxlığına nəzarət etmək məqsədilə və ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq şagirdlərin sayı üçün normalar müəyyənləşdiriləcək.

Milli.Az bildirir ki, bu barədə Media.az-a Azərbaycan Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, təhsil müəssisələrində davranış qaydaları, xüsusən də sosial məsafəni qorumaq, gigiyena məhsullarından istifadə etmək, maskalar, üz sipərləri və bədən hərarətinin ölçülməsi ilə bağlı təlimatlar təyin ediləcək.

Şagirdlər arasında yüksək temperatur müşahidə edildiyi zaman onların təhsil müəssisəsinin binasına qəbulu qadağandır.

Məlumatda bildirilir ki, bufetlər, paltar dəyişdirmə otaqları və digər xidmətlərdən istifadə üçün təlimatlar hazırlanır. Bütün bu məqamlar barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.