Ölkə

Ramin Bayramlı: Ölkəmizdəki tibbi personalın sayı yetərlidir

5 Avqust 2020 16:44
Baxış: 1 026
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ölkəmizdəki tibbi personalın sayı koronavirusla xəstələrin müalicəsi üçün əslində yetərlidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, COVİD-19 xəstəliyinin gedişatına xas olan, xüsusilə reanimatoloji yardımların göstərilməsi üçün müəyyən təcrübəyə ehtiyac var:

"Təbii ki, biz bu istiqamətdə çalışırıq. "Yeni klinika" və 5 modul tipli xəstəxanada 1500-ə qədər çarpayı fondu var. Bu xəstəxanaların özlərinin tibbi personalı yox idi. Biz TƏBİB tabeliyindəki tibb müəssisələrinin personalı üçün təlimlər keçərək onları həmin xəstəxanalarda işləmək üçün hazırladıq. Proses bu şəkildə də davam etdiriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.