Ölkə

Daha 5 ekspres xətt fəaliyyət göstərəcək

4 Avqust 2020 17:59
Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndiki halda bizim üçün vacib olan vətəndaşlarımızın rahatlığıdır. Bakıətrafı kənd və qəsəbələrə əlavə olaraq 5 ekspres xətt təşkil olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, ekspres xətlərin təşkili sərnişin sıxlığının qarşısının alınması üçün önəmlidir: "Yeni ekspres xətlərin təşkilində məqsəd Bakıətrafı ərazilərdə sərnişin sıxlığının qarşısını almaq məqsədi daşıyır.

Xüsusən də çimərliklərə icazələrin verilməsi Bakıətrafı ərazilərə gediş-gəlişi artırır. Bütün vətəndaşlarımızın ictimai nəqliyyata əlçatımlılığı təmin olunur. Sərnişlər, həmçinin iritutumlu avtobuslarla təmin ediləcək".

Təşkil olunacaq ekspres xətlər və istiqamətləri aşağıdakı kimidir:

1. M 1 A / Q.Qarayev pros (Laçın t/m-nin qarşısı) - Gənclik m/st.

2. M2 A / Neftçilər m/st - Elmlər Akademiyası m/st

3. M 8 / Maştağa qəsəbəsi - Gənclik m/st

4. M 9 / Sea Breeze istirahət mərkəzi - N.Nərimanov m/st

5. M 10 / Mərdəkan qəsəbəsi (stansiya) -N.Nərimanov m/st.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.