Ölkə

Həlak olan Ağdam sakininin qızı: Atam danışıb sağollaşan kimi ermənilər evimizi mərmi atəşinə tutub, atamı öldürdülər - FOTO

15 İyul 2020 17:25
Baxış: 5 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atamla telefonla danışandan təxminən yarım saat sonra onu ermənilər vurdu".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında iyulun 14-də erməni hərbi birləşmələrinin Tovuz rayonunun Ağdam kəndini atəşə tutması nəticəsində həlak olan kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun qızı Zərnişan Gözəlova deyib.

Onun sözlərinə görə, həmin gün səhər saatlarında atası ilə danışarkən ermənilər kəndi atəşə tutub: "Bir müddət əvvəl oğlumla gəlmişdik atamın yanına, onunla qalırdıq. Ayın 12-də ermənilər təxribata əl atanda dedim gəl gedək bizə, getmədi.

Dedi evimi atıb heç yerə gedə bilmərəm. Biz ayın 12-də gəldik evimizə. Ayın 14-də səhər saat 8-də atamla danışdım. Dedi ermənilər yenə atırlar. Biz danışanda sakitlik idi, danışa-danışa birdən səslər eşidildi. Atamla sağollaşdım, dedim özünü gözlə, dedi narahat olma. 9-un yarısında bacım zəng vurdu ki, atam telefonu açmır. Məlum oldu ki, mən danışıb sağollaşan kimi ermənilər evimizi mərmi atəşinə tutub, atam həlak olub".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.